AVP Qadınlar Şurasının II konfransı keçirilib FOTO

AVP Qadınlar Şurasının II konfransı keçirilib FOTO

Bu gün Ana Vətən Partiyası (AVP) Qadınlar Şurasının II konfransı keçirilib. SİA-ya verilən məlumata görə, konfransın işində rayon təşkilatlarından seçilmiş 123 nəfərlik nümayəndə iştirak edib. Tədbirdə çıxış edən AVP-nin Qadınlar Şurasının sədri Yeganə Hacıyeva partiyanın üzvü olan qadınların qarşısında duran məqsəd və məramlardan, gender bərabərliyindən, qadın zorakılığından, küçə uşaqların problemindən və qadınların cəmiyyətdəki rolundan bəhs edib. Sumqayıt şəhər təşkilatı Qadınlar Şurasının sədri Safura Quliyeva, Nizami rayon Qadınlar Şurasının sədri Aysel Abbasova, Nizami rayon təşkilatının nəzarət təftiş komissiyasının sədri Zülfiyyə Mustafayeva və Xətai rayon Qadınlar Şurasının sədri Ülkər İsmayılova partiya işi və qadınlar, onların ailədə və uşaqların tərbiyəsində rolu, məişət zorakılığı, qadın problemləri və s. mövzularında çıxışlar ediblər.

Konfransda çıxış edən partiyanın sədri Fəzail Ağamalı qadınları təbrik edərək, onlara ictimai və siyasi fəaliyyətlərində uğurlar arzulayıb. F.Ağamalı çıxışında qadınların cəmiyyətimizin aparıcı qüvvəsi olmasından, bir ana kimi onların gənclərin vətənpərvər, sağlam ruhda böyuməsindəki, xidmətləri üzərində dayanıb.

F.Ağamalı qadınların ölkəmizin ictimai siyasi həyatında göstərdikləri fəallığı bundan sonra da nümayiş etdirəcəklərinə ümidvar olduğunu bildirib.

Konfransda AVP Qadınlar Şurasının əsasnaməsi təsdiq edilib.

Yeganə Hacıyeva AVP Qadınlar Şurasının sədri və 9 nəfərdən ibarət idarə heyəti seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə