Cari ilin 2-14 iyul tarixlərində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının (AƏSMA TGT) təşəbbüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və AR Prezidenti yanına Gənclər Fondunun maliyyə dəstəyi ilə regionlarda İnformasiya- kommunikasiya texnologiyaları (İKT) təlimləri keçiriləcək.
SİA-ya verilən məlumata görə, layihənin əsas məqsədi regionlarda yaşayan gənclərə İKT-nin yeniliklərini, qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, gənclərdə İKT-yə maraq oyatmaq, İKT imkanlarından istifadə etməklə maarifləndirilmələrinə və əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaqdır.
Qeyd edək ki, layihə Lənkəranda (2-4 iyul), Gəncədə (8-10 iyul) və Zaqatalada (12-14 iyul) keçirilməsi nəzərdə tutulub.
Təlimlərin keçiriləcəyi regionlarda yaşayan və təlimlərdə iştirak etmək istəyən tələbələr bu ünvandan qeydiyyatdan keçə bilərlər https://docs.google.com/forms/d/1mpjPzoJO5-EX6NPKImmDz6KMiuwPjG8Zv9ZcEEBtYpw/viewform
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB