Bu gün hava yağmursuz olacaq

Bu gün hava yağmursuz olacaq. Bu barədə xəbər verir.

Məlumatda deyilir ki, Bakıda və Abşeron yarımadasında havanın az buludlu yağmursuz olacağı gözlənilir.

Havanın temperaturu gecə 19-24°, gündüz 30-35° isti olacaq.

Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, Sahildə 25-26° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq.

Havanın temperaturu gecə 18-23°, gündüz 33-38° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz olacaq.

Havanın temperaturu gecə 10-15°, gündüz 23-28° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz olacaq. Havanın temperaturu gecə 17-22°, gündüz 30-35° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 14-19°, gündüz 28-33° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz olacaq. Havanın temperaturu gecə 18-23°, gündüz 33-38° isti gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz olacağı gözlənilir.

Havanın temperaturu gecə 18-22°, gündüz 30-34° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə