Daşkəsən rayonunun bəzi əraziləri yarım əsrdən sonra yenidən bu rayonun tabeçiliyinə verilib. Belə ki, 1951-ci ildə 7 rayon arasında bölünən torpaqlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul tarixli sərəncamı ilə yenidən rayonun tabeçiliyinə verilib. Qərarın icrası ilə bağlı geniş müşavirə keçirilib. Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak edib.
İcra hakimiyyətinin başçısı bildirib ki, Daşkəsənin örüş ərazilərinin qaytarılması bu rayonda kənd təsərrüfatının ikişafına təkan olacaq. Aqrar rayon olan Daşkəsəndə əkinçilik və maldarlığa üstünlük verən əhaliyə yeni qərarın qüvvəyə minməsi daha geniş imkanlar açacaq.
Əhəd Abıyev: "1957-ci ildə verilən ərazilər 20 ildən sonra yeidən daşkəsənlilərə qaytarıldı. Bu məqsədlə komissiya yartdıq. Çox hörmətli cənab prezident İlham Əliyevə miüraciət etdik. Sevinirəm ki, cənab prezident bizim müraciətlərimizi cavabsız qoymadı. Hörmətli baş nazir Artur Rəsizadənin sərəncamı ilə alınan torpaqlar 20 ildən sonra yenidən sadə daşkəsənlilərə qaytarıldı. Bundan sonra rayonda aqrar sfera daha da inkişaf edəcək. Əhalinin güzəranı daha da yaxşılaşacaq", - deyə bildirib.
Tədbirdə söz alan natiqlər də imzalanan sərəncamın olduqca mühüm əhəmiyyət daşıdığını bildirib və yerli İcra Hakimiyyəti Aparatının bu işin ərsəyə gəlməsində xidmətlərini yüksək qiymətləndiriblər. Müşavirə iştirakçıları çıxış edərək bildiriblər ki, Əhəd Abıyevin təşəbbüsü, ölkə rəhbərinə müraciəti öz nəticəsini verdi.
Müşavirədən sonra İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonda gedən abadlıq, quruculuq işləri ilə yerində tanış olub. İcra başçısı 120-yerlik 5 saylı uşaq baxçasının tikinitisi ilə maraqlanıb, orada çalışan fəhlələrlə görüşüb.
"Bu gün Daşkəsəndə çox böyük işlər həyata keçirilir. Daşkəsənlilər adından çox hörmətli mitllət vəkilimiz, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya müraciət etdik. Məhz onun tapşırığı, qayğısı ilə ucqar dağ rayonu olan Daşkəsəndə ən müasir standartlara cavab verən ikimərtəbəli yeni uşaq baxçası tikilir və artıq yekunlaşmaq üzərədir. Bu diqqətə və qayğıya görə Mehriban xanım Əliyevaya dərin təşəkkür və minətdarlığımızı bildiririk. Bu binada balacaların təlim-tərbiyyəsi üçün bütün imkanlar yradılıb. Oturacaqlar, yataq dəstləri ən yüksək keyfiyyətlə hazırlanıb. Binada istilk sistemi, daimi su, elektrik və qaz xətllərinin çəkilişi aparılacaq", - deyə rayon rəhbəri qeyd edib.
Daşkəsəndə son illər əldə eilmiş iqtisadi inkişafa toxunan Əhəd Abıyev dövlət proqramlarının uğurla həyata keçirildiyini deyib. Əhalinin məşğulluğunun artırılması, yeni müəssisələrin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər planının icra olunduğunu bildirib. Bundan əlavə dövlət başçısına təqdim olunan "Yeni Daşkəsən" layihəsi rayonda yüksək səviyyədə icra edilməkdədir. Belə ki, rayonda yolların yenidən qurulması işləri davam etdirilir. İcra Hakimiyyəti Aparatı üçün daha müasir binanın tikintisinə start verilib. İmtiyazlı ailələrə, eləcə də ehtiyacı olan vətəndaşlara yeni mənzillər inşa olunur. Binaların dam örtükləri daha müasir, keyfiyyətli materiallarla əvəzlənir. Bundan əlavə uzun illər yararsız vəziyyətdə olan kənd orta məktəbləri sökülərək yerində bütün tələblərə cavab verən orta məktəb binalarının inşaası da yüksək səviyyədə həyata keçirilməkdədir. Deyilənlərə misal olaraq 360 yerlik Quşçusu kənd və Əmirvar kənd orta məktəbləri, həmçinin 80-yerlik Əmirvar-Əhmədli kənd orta məktəblərinin tikintisini göstərmək olar. Qeyd olunan binaların yeni tədbiris ilində müəllim və şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulub.
İcra başçısı bu işlərin şəyata keçirilməsinə geniş imkan yaradan prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib: "Bu gün bütün bu inkişafa, əmin-amanğıla, sabitliyə görə dövlət başçısı İlham Əliyevə xüsusilə minnətdarıq. Ulu öndər Heydər Əliyevin ideyalarını uğurla davam etdirən prezident İlham Əliyev həqiqətən də hər bir azərbaycanlının prezidenti olduğunu artıq çoxdan təsdiqləyib. Ucqar dağ rayonu olan Daşkəsəndə gedən bu quruculuq abadlıq, yenidənqurma işləri prezident İlham Əliyevin apardığı uğurlu siyasətin bariz nümunələrindəndir. Artıq tək iri şəhərlərlə deyil ucqar dağ rayonlarında belə bu inkişafı görmək olar. Bu gün Azərbaycanın gücü, beynəlxalq arenada bizə göstərilən hörmət həqiqətəndə hər kəsi sevindirir, qürurlandırır. Qarşıdan prezident seçkildəri gəlir. Biz bütün daşkəsənlilər birmənalı şəkildə partiyamızın vahid lideri ulu öndərin layiqli davamçısı İlham Əliyevə yenidən səs verəcəyik. Daşkəsəndə demokratik, şəffaf seçki ilə bütün daşkəsənlilər bir daha İlham Əliyevin arxasında sıx birləşdiklərini nümayiş etdirəcəklər".
Əhəd Abıyev həmçinin ölkədə ictimai-siyasi vəziyyətə də münasibət bildirib. Qeyd edib ki, artıq ölkədə radikal müxafilətin nüfuzu yoxdur, fəaliyyəti yalnız qanunsuz aksiyalarda görünür. Bu da sağlam fikirli insanlar tərəfindən nifrətlə qarşılanır. Azərbaycanda mövcud iqtisadi inkişaf, əhalinin həyat şəraitinin yaxşılaşması müxalif qüvvələrin fəaliyyətini sıfıra endirib: "Bu gün tək Daşkəsəndə deyil, bütün republikada destruktiv, dağıdıcı müxalifət qəbul edilmir. 1990-cı illərdə, AXC dövründə cinayətkar şəbəkələr var idi ki, onlar da öz layiqli cəzalarını alıblar. Bu gün isə belə qüvvələr tamamilə yoxdur. İndi şikayətçi var, ərizəçi var. Vətəndaşların şikayətlərinə, müraciətlərinə baxanda, onları həll edəndə bu insanlar iqtidarın ən sadiq tərəfdaşına çevrilir. Dövlət başçısının yerlərdəki nümayəndələri kimi biz çalışırıq əhalinin problemlərini vaxtında və dəqiqliklə həll edək. Nəticədə yerlərdə hər həll olunan şikayət vətəndaşların dövlətə, dövlətçiliyə inamını daha da artırır".
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB