Füzuli Ələkbərov qərb bölgəsində vətəndaşları qəbul edib

Füzuli Ələkbərov qərb bölgəsində vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq növbəti tədbir iyunun 28-də Ağstafa rayonunda keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov burada Ağstafa rayonu ilə yanaşı, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux rayonlarından vətəndaşları, eləcə də Kəlbəcər rayonundan olan məcburi köçkünləri qəbul edib.

Vətəndaşlar əsasən ünvanlı sosial yardımın təyin olunması, mənzil problemi və digər sosial xidmətlərlə bağlı müraciətlər ediblər.

Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlər nazirliyin müvafiq strukturlarının əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb. Vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbulda, həmçinin fəal sosial müdafiə tədbirlərinə, o cümlədən "Özünədəstək" proqramına cəlb olunmaq üçün müvafiq aztəminatlı ailələrin müəyyən edilməsi də diqqətdə saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə