"Ötən ayın yekun nəticələrinə görə, sahibsiz itlərin hücum etdiyi iri və xırda buynuzlu ev heyvanlarından götürülən 24 nümunənin 22-də quduzluq xəstəliyi aşkarlanıb". SİA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli belə deyib. O bildirib ki, quduzluq xəstəliyi aşkarlanan ərazilərdə karantin tədbirləri həyata keçirilib: "Quduzluq xəstəliyi aşkarlanan iri və xırda buynuzlu heyvanlarda vaksinasiya tədbirləri aparılıb. Mənfi hallarla qarşılaşsaq da, hazırda bu sahə tamamilə Dövlət Baytarlıq Xidmətinin nəzarətindədir".
Mətbuat katibi onu da qeyd edib ki, Baytarlıq Xidməti quduzluq xəstəliyilə bağlı olaraq hər il ekozotik tədbirlər planı tərtib edir: "Plana uyğun olaraq, xidmət cari ildə 250 min sahibli və qeyydiyyatı olan itlərin vaksinasiyasını həyata keçirib. Xəstəliyin qarşısını almaq üçün bu kimi tədbirlər davamlı olaraq həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB