Əlil və şəhid ailələri üçün yaşayış binaları tikilir

Əlil və şəhid ailələri üçün yaşayış binaları tikilir

Tərtər və Beyləqan rayonlarında Qarabağ əlilləri və şəhid ailələri üçün çox mənzilli yaşayış binaları tikilir. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, yaxın aylarda istifadəyə veriləcək 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikintisinə fevral ayında başlanılıb. Qarabağ əlilləri və şəhid ailələri üçün nəzərdə tutulan tikili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa olunur. Şəhərin mərkəzi küçəsində tikilən yaşayış binasındakı mənzillər 2 otaqlıdır.

Beyləqanda da 54 mənzilli Qarabağ əlilləri və şəhid ailələri üçün yaşayış binası tikilir. Hazırda binada hörgü, döşəmə qatlarının vurulması, daxili və xarici təmir işləri həmçinin, kommunikasiya sisteminin çəkilməsi prosesi həyata keçirilir. Yaşayış binasının istilik sisteminin təchizatında müasir avadanlıqlardan istifadə ediləcək. Artıq tikilinin qazanxanası hazırdır. Su anbarının tikintisi isə hələ davam edir.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə