TÜRKPA Baş Katibi GUAM-ın beynəlxalq konfransında iştirak edir

TÜRKPA Baş Katibi GUAM-ın beynəlxalq konfransında iştirak edir

TÜRKPA Baş katibi Ramil Həsənov 26-28 iyun 2013-cü il tarixində Batumidə keçirililəcək GUAM Parlament Assambleyasının və Baltik Assambleyasının birgə Beynəlxalq Konfransında iştirak edir. SİA-ya verilən məlumata görə, GUAM və Baltik ölkələri-"Regionlarda Təhlükəsizlik və İnkişaf tərəfdaşları" adı altında keçiriləcək konfransda mütəşəkkil cinayətkarlığa qarşı hüquq mühafizə orqanlarının hərtərəfli dinamik və səmərəli əməkdaşlığı , energetika sahəsində əməkdaşlıq, GUAM və BALTİK regionlarının inkişafı üçün birgə sərmayə qoyuluşu, qarşılıqlı siyasi əməkdaşlıq və Avro-Atlantik məkana inteqrasiya, GUAM Parlament Assambleyası və Baltik Assambleyası arasında əməkdaşlıq perspektivləri kimi məsələlər müzakirə olunacaq.

Konfransın açılış mərasimində TÜRKPA-nın Baş Katibi Ramil Həsənovun "Parlament Diplomatiyası regional sabitlik üçün önəmli bir modeldir" mövzusunda xüsusi məruzə ilə çıxış etməsi planlaşdırılır.

Həmçinin TÜRKPA Baş Katibinin GUAM-ın Baş Katibi Valeri Çeçelaşvili və digər beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə