Ölkə başçısının 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası və "Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü"nün qeyd olunması məqsədi ilə Lənkəran şəhər Gənclər və İdman İdarəsi, "Maarifpərvərlik" Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi və Lənkəran İntellektuallar Klubunun təşkilatçılığı ilə Lənkəran şəhər Gənclər İdman İdarəsində "Nə? Harada? Nə zaman?", "Xəmsə Milli İntellektual Oyunu" və "Fərdi Oyun" üzrə intellekrual yarışlar keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, artıq ənənə halını alan və gənclər tərəfindən böyük maraqla qarşılanan intellektual yarışlarda 7 komanda və 40-ə yaxın gənc iştirak edib.
"Nə? Harada? Nə zaman?" intelektual oyununda "The first of first" komandası 1-ci, "Sadə oğlanlar" komandası 2-ci, "Gələcəkdən gələnlər" komandası 3-cü yerli qazanıblar.
"Xəmsə Milli İntelektual Oyunu" üzrə yarışda "Favorite" komandası 1-ci, "The first of first" komandası 2-ci, "Sadə oğlanlar" komandası 3-cü yerlə təltif olunublar. "Fərdi Oyun" üzrə isə Lənkəran Dövlət Universitetinin tələbəsi Eldar Hüseynov qalib adını qazanıb.
Qaliblərə Lənkəran şəhər Gənclər İdman İdarəsinin və "Maarifpərvərlik" Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyinin Diplomları verilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB