"Bu, heç də kitaba olan marağı azaltmır" AÇIQLAMA

"Bu, heç də kitaba olan marağı azaltmır" AÇIQLAMA

"İnternetin, informasiya texnologiyalarının səviyyəsi nə qədər yüksək olsa da, bu, heç də kitaba olan marağı azaltmır". SİA-nın məlumatına görə, bunu Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, internet və informasiya texnologiyalarının inkişafı ilə kitaba olan maraq paralel şəkildə artır: "Ümumiyyətlə, biz çalışmalıyıq ki, kitab və elektron kitabxana paralel inkişaf etsin və hər ikisi yüksək səviyyədə müasir zamanın tələblərinə uyğun olsun".

"İşğal altında olan ərazilər, mənəvi sərvətlərimiz, xüsusi ilə də Dağlıq Qarabağla bağlı müxtəlif dillərdə hər hansı bir büroşura və ya kiçik bir yazı şəklində nəsə olsa belə, biz onu kitabxanamıza gətirmək üçün əlimizdən gələni edirik. Bu bizim kitabxanamızın ən vacib istiqamətlərindən biridir",- deyə M. Əhmədov fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə