"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu və yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək". SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova belə deyib. Onun sözlərinə görə, iyunun 29-da havanın temperature gecə 19-24, gündüz 30-35 dərəcə isti təşkil edəcək.
Şöbə rəisi ölkənin bölgələrində də hava şəraitinin əsasən yağmursuz keçəcəyini bildirib: "Lakin axşam və gecə saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək. Havanın temperatutru 18-23, gündüz 33-38, dağlarda gecə 10-15 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB