Fövqəladə hallar naziri Gəncədə vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Gəncədə vətəndaşları qəbul edəcək

Bu gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində vətəndaşları qəbul edəcək. SİA-nın məlumatına görə, qəbul saat 11:00-dan başlayır. Qəbulda yalnız Gəncə şəhərinin, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Göygöl və Samux rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə