“Mən-Universal Könüllüyəm” FOTO

“Mən-Universal Könüllüyəm” FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "SAF Həyat Naminə" Gənclər İctimai Birliyi tərəfindən "Mən-Universal Könüllüyəm" (Könüllülük mədəniyyətinin sistemli öyrədilməsi) layihəsi həyata keçirilib. SİA-nın məlumatına görə, layihə çərçivəsində YAP Gənclər Birliyi Ofisində gənclər üçün könüllülük fəaliyyəti ilə bağlı təlimlər keçirilib. Təlimlərdə könüllü fəaliyyətin mahiyyəti, könüllünün bilik və bacarıqları, məsuliyyəti, həmçinin Azərbaycanda könüllülük fəaliyyətinin hüquqi bazası, dünyada mövcud olan könüllü təşkilatları haqqında gənclərə geniş informasiya verilib və onlarla interaktiv oyunlar keçirilib.

Təlimlərdə aktiv iştirak edən və müsabiqədə qalib olan bir gəncin Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən bir həftəlik regionlarda könüllülük fəaliyyətinə cəlb olunması nəzərdə tutulub.

Gənclər təlimləri bitirdikdən sonra YAP-ın "Mədəniyyətə səyahət" layihəsi çərçivəsində Suraxanıda yerləşən Atəşgah muzey kompleksini və Suraxanı rayonunda yerləşən Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə