Vüsalə Hüseynli: “Mehriban Əliyeva Azərbaycan xanımının uğurlu nümunəsini dünyaya təqdim edib”

Vüsalə Hüseynli: “Mehriban Əliyeva Azərbaycan xanımının uğurlu nümunəsini dünyaya təqdim edib”

"Azərbaycan özünün siyasi, iqtisadi, mədəni, sosial potensialına görə regionda lider dövlətdir. Bu gün Azərbaycan övladları dünyanın istənilən ölkəsində təhsil almaq imkanına malikdirlər və bu şəraiti onlara Azərbaycan dövləti, xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyev yaradıb". SİA-ya verilən məlumata görə, bu sözləri Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib .

O qeyd edib ki, bir neçə il öncə erməni diasporasının güclü olduğundan danışırdıqsa, bu gün bu sahədə vəziyyət tam əksini göstərir: "Bunu görmək istəməyənlər belə görürlər, sadəcə dilə gətirmək üçün cəsarət lazımdır. Təəssüf ki, bəzilərimiz bu uğuru öz arşınları ilə başqa formada təqdim etməyə çalışırlar. Ancaq xalqın gözü tərəzidir. Əgər bu gün Azərbaycanın uğurunu dünya görürsə, hətta erməni diasporası bunu etiraf edirsə, bu, dövlətimizin gücünün göstəricisidir. Rusiyada fəaliyyət göstərən erməni diasporası Azərbaycanın Heydər Əliyev Fondunu öz fəaliyyətlərinə mane olaraq görürsə, bu Azərbaycanın uğurudur. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yalnız Rusiyada deyil, erməni diasporasının çox fəal olduğu Fransa kimi ölkədə belə Azərbaycanın gücünü, mədəniyyətini, inkişafını yüksək səviyyədə təqdim edir. Fransa elitasına, fransızlara bizim millətin inkişafını, mədəniyyətini, tarixini öyrənməyin zəruriliyini sübut edir. Bunu görməməzlikdən gəlmək olmaz. Heç kim unutmasın ki, gənc bir ölkə üçün bunlar çox böyük uğurlardır. Zaman gələcək daha böyük uğurlarımız olacaq. Bunun üçün dəstək olmaq yerinə, ağa qara demək olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə