Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 3-cü qrant müsabiqəsini elan edir. SİA-ya verilən məlumata görə, Fondun Müşahidə Şurasının 24 iyun 2013-cü il tarixində keçirilən iclasında verilən qərara əsasən müsabiqə 27 iyun - 12 avqust tarixlərini əhatə edəcək. Müsabiqənin əsas məqsədi gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir. Gənclər Fondu gənclər təşkilatları və ekspertlərlə aparılan müzakirələr, müşahidə və analizlər nəticəsində qrant müsabiqəsinə müraciət edəcək layihələr üçün yeni istiqamətlər təklif edib. Yeni istiqamətlər Müşahidə Şurasına təqdim olunaraq təsdiq edilib.
Müsabiqə A, B və C kateqoriyaları üzrə 27 iyun – 12 avqust tarixlərini əhatə edəcək. D və E kateqoriyalarına isə mütəmadi olaraq müraciətlər qəbul olunacaq. Müşahidə Şurasının son iclasında, həmçinin fərdi şəxslərin Fonda layihə təqdim etməsi üçün qeydiyyatla bağlı bir sıra dəyişikliklər edilib.
Qeyd edək ki, müsabiqədə yalnız dövlət qeydiyyatından keçmiş gənclər təşkilatları və 14-35 yaş həddində olan şəxslər iştirak edə bilərlər. Layihə təklifləri yalnız göstərilmiş mövzulardan birinə uyğun gəldiyi halda nəzərdən keçiriləcək.
Müsabiqənin nəticələri Fondun rəsmi internet səhifəsində dərc olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB