Vasim Məmmədəliyevin 70 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir
Bu gün Bakıda "Azərbaycan Şərqşünaslıq elminin inkişaf yolları" mövzusunda görkəmli şərqşünas alim Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir. SİA-nın xəbərinə görə, iki gün davam edəcək konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibəyli yubilyarın həyat və fəaliyyəti haqqında məlumat verib. O, bildirib ki, görkəmli akademik Azərbaycanda həm islam dinin təbliğində, həm də dilçilik elminin inkişafında böyük rol oynayıb.
Konfransda həmçinin Türkiyə, Rusiya və İrandan təşrif buyuran nümayəndələr iştirak edir. Konfrans digər iştirakçıların çıxışları ilə davam edib.
Qeyd edək ki, iki gün ərzində konfransda 25 nümayəndənin məruzəsi dinləniləcək.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB