6-7 iyul 2013 tarixində Azərbaycan və Gürcüstandan olan təşkilatçıların birgə əməkdaşlığı nəticəsində web texnologiyalar mövzusunda beynəlxalq konfrans keçiriləcək.
SİA-ya verilən məlumata görə, konfransın əsas məqsədi yeni əlaqələrin qurulması, yerli mütəxəssislərin iş keyfiyyətinin yüksəldilməsi, dünya üzrə web inkişaf sahəsində Qafqaz regionunun aktiv iştirakçılarını nəzərə çarpdırmaq və Azərbaycanın İKT sahəsində dünyaya daha çox inteqrasiyasını təmin etməkdir.
Qeyd edək ki, konfransda "Facebook", "Yandex", "Oracle.Microsoft", "Softline", "ITDC" kimi dünyaca məşhur şirkətlərin rəsmi nümayəndələri iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB