Son zamanlar qiymətlərin bir neçə dəfə aşağı salınması internetə olan marağı daha da artırıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Tərtərin cəbhə kəndlərində yeni elektron tipli ATS-lər qurulur və internetlə təmin edilir. Rayon mərkəzi ilə yanaşı, kəndlər də genişzolaqlı internet şəbəkəsinə qoşulur. Belə ki, Tərtərin 9 kəndinə yüksək sürətli internet verilib. Yaxın aylarda isə rayonun bütün kəndlərində yeni elektron tipli ATS–lər quraşdırılaraq genişzolaqlı internet veriləcək.
Qeyd edək ki, yüksək keyfiyyətli optik kabellərlə təmin ediləcək kəndin sakinləri telefon ilə yanaşı, bütün multimedia xidmətlərindən də istifadə edə biləcəklər.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB