Şəki, Qax, Qəbələ, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşların nəzərinə
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən cari il iyulun 12-də saat 11:00-da Şəki rayon prokurorluğunun inzibati binasında Şəki, Qax, Qəbələ, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcəkdir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şəki şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected], elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB