Düşmən cavab atəşi ilə susdurulub

Düşmən cavab atəşi ilə susdurulub

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Abdülrəhmanlı, Horadiz, Aşağı Seyidəhmədli, Qorqan, Aşağı Veysəlli, Tərtər rayonunun Seysulan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə