27 – 29 iyun 2013-cü il tarixlərində SAM-ın aparıcı elmi işçisi Zaur Şiriyev "Gürcüstan Müdafiə və Təhlükəsizlik" konfransında çıxış etmək üçün Batumi (Gürcüstan) şəhərinə səfər edəcək.
SAM-dan SİA-ya verilən məlumata görə, tədbirdə "Avro-Atlantik Təhlükəsizlik Gündəliyinin İdarəsi: Tendensiyalar və Siyasət", "Böyük Qara Dəniz Regionu: Avropa Əməkdaşlığı və Avro-Atlantik Təhlükəsizlik və Stabillik üçün Strateji İmperativ (Əmr)", "Gürcüstanın Demokratik Gündəliyi: Avro-Atlantik İnteqrasiyanın İrəliləyişi", "Gürcüstanın Müdafiə Siyasəti və Perspektivləri", "NATO-nun Genişlənməsi: Namizəd Ölkələrin Tendensiya və Perspektivləri", "NATO İSAF: 2014-cü ildən sonraya Ümumi Baxış və Çıxarış" mövzularında müzakirələr nəzərdə tutulub.
Qeyd edək ki, 2006-cı ildən etibarən Gürcüstan Müdafiə və Təhlükəsizlik Konfransı, regional və beynəlxalq perspektivlərdən irəli gələn müdafiə və təhlükəsizlik sahəsindəki tendensiya və problemlərin həll edilməsi üçün Cənubi Qafqaz regionunda dəyərli və unikal təhlükəsizlik forumuna çevrilib. Konfrans siyasətçiləri, ekspert və hökumət nümayəndələrini, qeyri-hökumət və beynəlxalq təşkilatları, həmçinin müzakirə, debat və bu sahədə gələcək perspektivlər haqda dialoqlar hazırlayan təhsil müəssisələrini bir araya gətirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB