Mübariz Qurbanlı: Bu parad bir daha orduya göstərilən diqqət və qayğını əks etdirdi
"Orada bir neçə istiqamətdə fikirlər səsləndirildi. Ən birincisi, Azərbaycanın sosial-iqtisadi inkişafının bütövlükdə mövqelərimizin möhkəmlənməsinə göstərdiyi təsir, Azərbaycanın Ermənistan üzərində üstünlüyünü özündə ehtiva edən müxtəlif məsələlər, o cümlədən, iqtisadi tərəqqi və onun nəticəsi kimi ordunun yüksək səviyyədə təmin olunması və bunun da işğal olunmuş ərazilərimizin azad edilməsində həlledici rol oynamasıdır. Prezidentimizin çıxışında, həmçinin orduya göstərilən diqqət və qayğı, bizim siyasətimizdə ordu quruculuğunun aparıcı rol oynaması, indiki şəraitdə ordunun Azərbaycan kimi müharibə şəraitində olan bir ölkə üçün zəruriliyi qeyd edildi". Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
M.Qurbanlı vurğulayıb ki, parad zamanı nümayiş etdirilən hərbi texnika, əsgərlərin hazırlığı, Hərbi Hava Qüvvələrinin yüksək səviyyədə göstərdiyi məharət və bacarıq, əlbəttə, hamını çox sevindirdi: "Orada olan insanlar bundan böyük qürur hissi keçirdilər. Bu parad bir daha orduya göstərilən diqqət və qayğını əks etdirdi. Həmçinin, həm Azərbaycan əhalisinə göstərdi ki, ölkəmizdə güclü ordu var, həm də bizi istəməyən qüvvələrə Azərbaycanın belə güclü orduya malik olmasını nümayiş etdirdi. Bu, çox böyük siyasi və təbliğati əhəmiyyət kəsb edən hadisədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB