Bahar Muradova: Bir Azərbaycan vətəndaşı kimi belə bir güclü orduya malik olmağımızla qürur duyuram
"Burada Azərbaycanın qüdrəti, hərbi sahədə qazandığı nailiyyətlər öz əksini tapdı və Azərbaycan Ordusunun həm şəxsi heyətinin, həm də texniki imkanlarının nəyə qadir olması təkcə mütəxəssislərə yox, adi gözlə baxan insanlara da aydın oldu. Hesab edirəm ki, Azərbaycan həm iqtisadi, həm hərbi cəhətdən, həm də insanların və xüsusilə, ordunun şəxsi heyətinin əhval-ruhiyyəsi və döyüş ruhu baxımından Ermənistanı bir neçə dəfə üstələyir". Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.
Parlament sədrinin müavininin fikrincə, belə bir güclü orduya malik Azərbaycan öz ərazi bütövlüyünü də həll edə biləcək: "Bir Azərbaycan vətəndaşı kimi belə bir güclü orduya malik olmağımızla qürur duyuram. Bütün imkanlara malik belə bir ordunu yaratmağı bacaran bir dövlətin qarşısında hər hansı problemin qalacağına inanmıram. Mən inanıram ki, cənab Prezidentin də söylədiyi kimi, gün gələcək, ordumuz öz sözünü döyüş meydanlarında deyərək Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB