İyunun 26-da – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günündə Lənkəran şəhərində 24 mənzilli 3 mərtəbəli yaşayış binasının təntənəli açılış mərasimi keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu münasibətlə keçirilən mərasimdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov ilk öncə sakinləri 26 iyun-Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib,onlara ən xoş arzularını çatdırıb.
İcra başçısı daha sonra qeyd edib ki, 2011-ci ilin avqust ayında H.Əliyev prospektində yerləşən 16 mənzilli yaşayış binası təbii fəlakət nəticəsində qəza vəziyyətinə düşdüyündən binanın sakinləri müvəqqəti olaraq digər yaşayış məntəqələrinə köçürülüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2012-ci ilin may ayında həmin binanın sakinləri üçün yeni 3 mərtəbəli 24 mənzilli yaşayış binasının bünövrəsi qoyulub. Ötən bir il ərzində binanın tikintisi yüksək səviyyədə başa çatdırılıb. 24 mənzildən ibarət olan binanın sakinləri üçün burada bütün kommunal xidmətlər-qaz, elektrik enerjisi, isitilik sistemi quraşdırılıb. İcra başçısı bu yüksək diqqət və qayğıya görə bütün binanın sakinləri adından möhtərəm cənab Prezidentə minnətdarlığını bildirib
Mərasimdə ayrı-ayrı sakinlər çıxış edərək cənab Ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Daha sonra sakinlərə mənzillərin açarları təqdim olunub.
Sonda rəmzi qırmızı lent kəsilib, İcra başçısı Taleh Qaraşov digər rəsmilərlə birlikdə mənzillərə baxış keçirib.
Qeyd edək ki,ümumi layihə dəyəri 1 milyon 650 min manat olan bu yaşayış binasının tikintisi "GİLAN İNŞAAT" MMC tərəfindən .həyata keçirilib.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB