Hərbi paradda 5000 nəfərlik şəxsi heyət iştirak edəcək

Hərbi paradda 5000 nəfərlik şəxsi heyət iştirak edəcək

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə Azadlıq Meydanında hərbi parad keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, keçiriləcək paradda 5000 nəfərlik şəxsi heyətin iştirakı nəzərdə tutulur. Son illər yeni istehsal olunan və modernləşdirilmiş texnika, o cümlədən müasir silah sistemlərinin nümayişi ilə yadda qalacaq hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və vertolyot, 40-a yaxın gəmi və kater cəlb olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Hərbi paradın hazır vəziyyətdə olması barədə raportu müdafiə naziri general-polkovnik Səfər Əbiyev verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə