Səbail rayon ictimaiyyətinin nümayəndələri əsgərlərlə görüşüb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Səbail rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan Silahlı Qüvvələrinin 95 illik yubileyi münasibəti ilə Daxili Qoşunların Bərdə şəhərində yerləşən "N" saylı hərbi hissəsində olublar. Əsgərlərin təbrikinə Bərdə rayon İcra Hakimiyyətinin nümayəndələri də gəlib. Onlara bayram sovqatı çatdırılıb, xidmətdə fərqlənən əsgər və zabitlər qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Tədbirdə çıxış edənlər bildiriblər ki, silahlı qüvvələrə dövlət qayğısı yüksək səviyyədədir. Məhz bu qayğının sayəsində Azərbaycan Silahlı Qüvvələri güclənib və qüdrətlənib.
Qeyd edək ki, tədbir tanınmış incəsənət xadimlərinin musiqi proqramı ilə davam edib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB