YAP gəncləri idmançı İlham Zəkiyevlə görüşüb FOTO

YAP gəncləri idmançı İlham Zəkiyevlə görüşüb FOTO

Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi (YAP GB) Silahlı Qüvvələr Gününə həsr olunan tədbir çərçivəsində partiyanın fəal gəncləri Azərbaycanı dünyada tanıdan 2 qat Paralimpiya çempionu, əməkdar idman ustası, "Şöhrət" ordenli idmançı İlham Zəkiyevlə görüşüb. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Balaxan gəncləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Daha sonra gənclərlə görüşə gələn idmançı İlham Zəkiyevin həyatından və idmançı karyerasından bəhs edən film nümayiş olunub.

İlham Zəkiyev Azərbaycan ordusunda xidmət etməsi, öz sağlamlığını vətən uğrunda itirməsi haqqında, eyni zamanda əsgər kimi olmasa da, idmançı kimi hələ də vətəninə xidmət etdiyini bildirib. O, prezident İlham Əliyevin ordumuzun güclənməsi sahəsində apardığı islahatlar və idmana olan dövlət qayğısınından bəhs edib.

Daha sonra gənclər idmançıya suallar veriblər. Sonda gənclərlə xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə