“Qan verməklə başqasına həyat verirsən”

“Qan verməklə başqasına həyat verirsən”

Bərdə rayonunda qanvermə aksiyası keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, aksiya Azərbaycan Gənclər Fondunun təşəbbüsü ilə "Qan verməklə başqasına həyat verirsən" devizi altında baş tutub. Aksiyanın keçirilməsində əsas məqsəd talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə kömək etməkdir.

Yüzə yaxın rayon sakininin iştirak etdiyi aksiyada toplanan qan ehtiyatı Mərkəzi Qan Bankının Bərdə rayonunda yerləşən filialında saxlanılacaq və ehtiyacı olan xəstələrə kömək məqsədi ilə istifadə ediləcək. Qanvermə zamanı donorların mərkəzləşmiş bazasını yaratmaq məqsədi ilə qeydiyyat aparılıb. Həmçinin, hər bir qan verən şəxsə virtual üzvlük kartları verilib.

Qeyd edək ki, bu qəbildən olan xeyriyyə aksiyalarının respublikanın 12 şəhər və rayonunda keçirilməsi nəzərdə tutulub.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə