"Azərbaycanda hərbi çağırışçıların xəstə olduğu halda orduya göndərilməsi kimi hallara rast gəlinmir". SİA-nın məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov jurnalistlərə açıqlamasında deyib.
Xidmət rəisinin sözlərinə görə, bununla bağlı yaranan bəzi məsələlər ağızda gəzən söz-söhbətlər və vətəndaşların öz istəyi ilə qəbul olunmayan qərarlardır: "Bu gün Azərbaycanda hər bir həkim hərbi çağırışçılara verdiyi rəyə görə məsuliyyət daşıyır. Həmin rəylər sonradan baş vermiş hər hansı bir hadisə ilə bağlı müvafiq araşdırmalar aparılması üçün fakt kimi saxlanılır. Əgər lazım gəlsə, cinayət işləri açılır. Hər bir həkim bu qərarı verəkən, bu barədə dərindən düşünür".
A.Rəhimov deyib ki, Azərbaycanda hərbi xidmətə çağırılan vətəndaşların sağlamlığı öndə duran məsələdir: "Hərbi çağırışdan əvvəl həkim komissiyalarının siyahıları təsdiq olunur. Əgər çağırışçının sağlamlığından heç bir şikayəti yoxdursa, mütləq qaydada rentgen-flüoqrafiya olunmaq şərti ilə xidmət üçün ordu sıralarına cəlb olunur. Şəxsin sağlamlığından şikayəti varsa, həmin şəxs mütəxəssis yanına göndərilir. Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş tibb müəssisələrində onlar təkrar yoxlamadan keçirlər. Onların səhhəti ilə bağlı hər hansı şübhəli məqam yaransa, həmin şəxs hərbi həkim komissiyasına göndərilir. Yekun qərar hərbi həkim komissiyasının qərarna əsasən verilir.
A.Rəhimov vurğulayıb ki, hərbi çağırışçı orduya getdikdən sonra xəstələnirsə, bu təbii haldır: "Çünki istənilən insan hər an xəstələnə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB