İyulun 1-də Park Bulvarda (Əli və Nino kitab mağazaları şəbəkəsində) sözləri millət vəkili Qənirə Paşayevaya, musiqiləri Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayevaya aid olan "İkimizin yerinə..." albomunun imzalanma mərasimi olacaq.
SİA-nın məlumatına görə, "İkimizin yerinə" albomunda yer alan əsərlərin böyük bir hissəsi Tünzalə Ağayevanın ifasındadır. Albomun adını daşıyan mahnını isə müğənni Elnur Məmmədov ifa edib.
Onlar bu albomun xeyirxah bir missiyaya xidmət edəcəyindən xüsusilə məmnundurlar.
"Silahlı Qüvvələrimizə Yardım Fonduna gücümüz daxilində dəstək olmaq hamımızın borcudur. Biz də uzun illər zəhmətimizin və əməyimizin məhsulunu onlara hədiyyə etdik və bundan çox məmnunuq. İnşallah yaxın zamanlarda bu cür təqdimat mərasimlərini işğaldan azad edəcəyimiz Qarabağımızda, Xankəndində, Şuşada və bütün bölgələrimizdə keçirərik. Bu, hamı kimi bizim də ən böyük arzumuzdur", - deyə albom haqqında məlumat verən Qənirə Paşayeva bildirib.
Qeyd edək ki, Qənirə Paşayeva və Tünzalə Ağayeva "İkimizin yerinə..." albomunun satışından gələcək gəliri Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB