Hərbi çağırışçılara ŞAD XƏBƏR

Hərbi çağırışçılara ŞAD XƏBƏR

"Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin vahid məlumat sistemi yaradılır". Bunu jurnalistlərə açıqlamasında xidmətin rəisi general-leytenant Arzu Rəhimov deyib.

Onun sözlərinə görə, iyul çağırışından başlayaraq hər bir orduya çağrılan gənc öz xidmət yerləri haqqında məlumatları xidmətin rəsmi saytından (www.seferberlik.gov.az) öyrənə bilərlər: "Bu məsələ əvvəllər telefon vasitəsi ilə həyata keçirilirdi. Eyni zamanda bu məlumatlar yerli şöbələrə göndərilirdi. İndi bu məlumatlar yerli şöbələrlə yanaşı, xidmətin rəsmi saytında da yerləşdiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə