İnzibati binanın açılışı olub

İnzibati binanın açılışı olub

"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məhsuldar Cəmiyyətinin Sabunçu rayon filialının inzibati binasının əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışı olub. SİA-nın xəbərinə görə, açılış mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov və digər qonaqlar iştirak edib. Görülən işlərlə bağlı məlumat verən cəmiyyətin sədri Şahvələd Əliyev bildirib ki, ikimərtəbəli tədris filialının girişi yenidən qurulub, sinif və yardımçı otaqlar, atıcılıq tiri, idman və iclas zalları yenilənib.

Şahvələd Əliyevin sözlərinə görə, filialda təhsil alacaq müdavimlərin (tələbələrin) daha mükəmməl hazırlığı üçün sinif otaqları əyani vasitələrlə, stend və plakatlarla təchiz edilib.

O, həmçinin qeyd edib ki, avtomobil sürmə təlimi üçün Rusiyadan iki təlim trenajoru alınıb və yeni laboratoriya yaradılıb.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə