Yük daşımaları 7,3 faiz azalıb

Yük daşımaları 7,3 faiz azalıb

Müstəqil Dövlətlər Birliyində (MDB) yük daşımalarında (boru kəmərləri istisna olmaqla) azalma daha çox Ermənistanda müşahidə edilib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, cari ilin yanvar-fevral aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə Ermənistanda yük daşımalarının həcmi 7,3 faiz azalıb. Bu barədə MDB statistika komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, MDB məkanında yük daşımaları orta hesabla 2 faiz artıb. Ən yüksək artım Moldovada (17,1 faiz), Qazaxıstanda (8,4), Türkmənistanda (8,1) Azərbaycanda (6), Qırğızıstanda (5,7) və Özbəkistanda (5,4) qeydə alınıb.

Yüklərin daşınmasında azalma Rusiyada (3,2), Belarusda (2), Tacikistanda (1,4) və Ukraynada da (1,3) müşahidə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə