Masallıda ağsaqqallar üçün yeni inzibati binanın açılışı olub

Yeni binada açılışında millət vəkili Fəttah Heydərov oştirak edib
Masallıda ağsaqqallar üçün yeni inzibati binanın açılışı olub

Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Masallı rayonunda olub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Respublika Ağsaqqallar Şurasının sədri, Millət vəkili Fəttah Heydərov və Masallı ağsaqqalları öncə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə əklillər qoyublar. Sonra Respublika Ağsaqqallar Şurasının Masallı rayon şöbəsi üçün inşa olunan "Ağsaqqallar klubu"nun açılışı olub. Açılış mərasimində çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bu gün Ölkədə ağsaqqalara göstərilən hörmət və qayğıdan danışıb, Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrdən söz açıb.

Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar "Ağsaqqallar klubu"nda yaradılan şəraitlə yaxından tanış olublar.

Həmin gün yeni istifadəyə verilən klubda ağsaqqallarla gənclərin görüşü keçirilib. Cənub bölgəsinin 7-rayonundan olan ağsaqqal və gənclərin görüşünün təşkil olunmasında məqsəd gənclərdə vətənpərvərlik ruhunun aşılanması yönündə təbliğat işinin genişləndirilməsi olub. Regionda ilk dəfə təşkil olunan görüşü giriş sözü ilə açan Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, Ulu Öndərin ölkəmizin ən ağır illərində ölkə rəhbərliyinə gəlməsi xaqımızı fəlakətdən xilas edib. Millət vəkili bu gün Ulu Öndərin layiqli davamçısı, prezident İlham Əliyevin Dahi Lider Heydər Əliyevin xarici və daxili siyasətini layiqincə davam etdirməsini də xüsusi qeyd edib. Sonra ağsaqqallar və gənclər müxtəlif mövzularda fikir mübadiləsi aparıblar.

Görüş Azərbaycan Respublikası himninin səsləndirilməsi ilə başa çatıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə