18-21 iyun 2013-cü il tarixlərində Danimarkanın Kopenhagen şəhərində Avropa Standartlaşdırma Komitəsinin (CEN) növbəti Baş Assambleyası və II Avropa Standartlaşdırma Sammiti keçirilib. Komitədən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində Çexiya, Slovakiya, Polşa, Makedoniya, Latviya, Litva, Bosniya və Herseqovina, Türkiyə və Gürcüstanın standarlaşdırma qurumlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib. Görüşlər zamanı ölkələr arasında standartlaşdırma sahəsində əməkdaşlıq haqqında imzalanmış sənədlərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılmış və cari il ərzində Çexiya və Polşaya səfərlərin təşkil olunmasına dair ilkin razılıq əldə olunub. Bundan əlavə Türkiyə Standartları İnstitutu ilə aparılan danışıqlar zamanı 2009-cu ildə bağlanmış Anlaşma Memorandumunun yenilənməsi məqsədilə standartlaşdırma, sertikitalaşdırma və dövlət nəzarəti ekspertlərinin iştirak edəcəyi nümayəndə heyətinin cari ilin sentyabr ayında Türkiyəyə səfərinin təşkil olunması planlaşdırılıb.
Həmçinin səfər çərçivəsində Almaniya Standartlar İnstitutunun (DİN) Almaniyanın Elektrik, Elektron və İnformasiya Texnologiyaları üzrə Komissiyası ilə aparılmış ikitərəfli danışıqlar zamanı alman ekspertləri elektrik və İT sahələrində Azərbaycanla sıx əməkdaşlıq etmək niyyətlərini bildiriblər.
Avropa Standartlaşdırma Sammitində gündəlikdə duran əsas məsələ isə xidmət sahəsində standartların qəbulu və bununla bağlı qarşıya çıxan problemlərin müzakirəsi olub. Fikir mübadiləsi zamanı aydın olub ki, bu sahədə əsas problem Avropa ölkələrinin fərqli qanunvericiliyə malik olması, həmçinin bu cür standartların icrası ilə bağlı meydana çıxan dövlət nəzarəti problemləridir. Həmçinin CEN və MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası ilə ikitərəfli Saziş layihəsi hazırlanması da qərara alınıb.
Səfər çərçivəsində SMPDK ilə CEN-in mövcud əlaqələrini genişləndirmək məqsədilə CEN-in bir sıra texniki komitələrində iştirak imkanları müzakirə edilmiş və prioritetlər təyin edilib. Sonra CEN-in Baş Assambleyasında CEN-ə üzvlük meyarlarını müəyyən edən 20 saylı Təlimata yenidən baxılmış və 2014-cü ildə CEN-in növbəti Baş Assambleyasının Türkiyənin İstanbul şəhərində, 2015-ci ildə Latviyanın Riqa şəhərində, 2016-cı ildə isə Makdeoniyada keçirilməsi razılaşdırırlıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB