Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılır FOTOLAR
Nəqliyyat Nazirliyində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi Əlaqələndirmə Şurasının 5-ci iclası keçirilir. Nəqliyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, nəqliyyat nazirinin müavini Musa Pənahovun açılış nitqindən sonra Şimal-Cənub dəhlizi Katibliyinin hesabatı dinlənilib. Hesabatın ardından üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri çıxışlar ediblər. Azərbaycan, İran, Hindistan, Qazaxıstan, Rusiya, Belarus, Türkiyə və Suriya nümayəndələri dəmiryolu, quru və dəniz nəqliyyatı üzrə müzakirələr aparıblar.
İki gün davam edəcək iclasda layihə çərçivəsində dəhlizin inkişaf etdirilməsi istiqamətində görülən işlər və perspektiv planlar barədə ətraflı müzakirələrin aparılması gözlənilir. Sonda üzv dövlətlər tərəfindən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Əlaqələndirmə Şurasının 5-ci iclasının yekun hesabatının qəbul edilməsi nəzərdə tutulub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB