Bakıda "Alov qüllələri" kompleksindəki "Fairmont Baku" otelinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Dövlətimizin başçısı "Fairmont Baku" otelinin rəmzi açılışını bildirən lenti kəsib.
Oteldə yaradılmış şəraitlə tanışlıq zamanı Azərbaycan Prezidentinə və xanımına məlumat verilib ki, 784 yerlik mehmanxanada 319 nömrə vardır. Kompleksin 37 mərtəbəli mehmanxana qülləsinin hündürlüyü 163 metrdir. Buradakı konfrans, iclas, idman zalları, restoranlar və s. ən müasir standartlara cavab verir.
Sonra Prezident İlham Əliyev otelin kollektivi ilə görüşüb.
Dövlətimizin başçısı "Fairmont Baku" mehmanxanasında yaradılmış şəraitdən məmnunluğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB