"Çin Azərbaycanlıların gözü ilə"

Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Çinin Beynəlxalq Araşdırmalar Fondu ilə birgə hazırladığı "Çin Azərbaycanlıların gözü ilə" kitabının təqdimat mərasimi keçiriləcək.

SAM-dan SİA-ya verilən məlumata görə, kitabda Çində təhsil almış, yaşamış və çalışmış şəxslərin Çin haqqında olan təəssüratları və baxışları öz əksini tapıb. Eyni zamanda, kitab Azərbaycan xalqının Çinə olan səmimi dost münasibətinin bir aynasıdır.

Qeyd edək ki, tədbirdə ÇXR-in Beynəlxalq Araşdırmalar Fondunun icraçı direktoru Lyu Quchan, vitse-prezidenti Yuy Çjenci, Çin Xarici İşlər Nazirliyinin Avropa idarəsi və Mərkəzi Asiya üzrə müşaviri Çao Yünlon, ÇXR-in Beynəlxalq Araşdırmalar Fondunun Rusiya, Şərqi Avropa və Asiya mərkəzinin icraçı direktoru Van Çencay və başqaları iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə