“2013-cü il prezident seçkiləri: Seçki fəallığı ilə bağlı gözləntilər” FOTO
Bu gün Demokratik Seçki Mərkəzinin təşəbbüsü ilə "2013-cü il prezident seçkiləri: Seçki fəallığı ilə bağlı gözləntilər" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən mərkəzin sədri Qorxmaz İbrahimli qurum haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, bu qurum 1998-ci ildə yaradılıb: "Bundan əvvəl prezident, parlament və bələdiyyə seçkilərini müşahidə etmişik. Mərkəzin əsas işi seçkidən öncəki vəziyyətlə maraqlanmaqdır".
Daha sonra mərkəzin eksperti Zaur İbrahimli mövzu ilə bağlı keçirilən rəy sorğusunun nəticələrini açıqlayıb. Onun sözlərinə görə, sorğuda 1000 respondent iştirak edib: "Respondentlərin 67,8%-i kişilər, 32,2%-i isə qadınlar olub. Tədqiqat mövzusunun xüsusiyyətinə müvafiq olaraq sorğuya yalnız 18 yaşından yuxarı respondentlər cəlb edilib. Rəyi soruşanların 97 %-i bu il prezident seçkilərinin keçiriləcəyini, yalnız 3 %-i isə bu haqda məlumatı olmadığını bildirib".
Ekspert həmçinin bildirib ki, respondentlərin 56,7 %-i builki prezident seçkilərində mütləq səs verəcəyini bildirib: "18,9 % qeyd edib ki, "mümkündür ki, səsverim", 24,4 % isə "hələ qərar vermədiyini" açıqlayıb. Mütləq səs verəcəyini bildirən respondentlər arasında 18-25 yaşlı gənclərin sayı 21,57 % (63 nəfər) təşkil edib. Mütləq səs verəcəyini bildirən seçicilərin 42, 50 % isə xanımlar olub. Bu faktdır ki, 2008-ci il prezident seçkilərində seçici siyahısına adları daxil edilən seçicilərin sayı 4 milyon 853 min 268 nəfər olub. Onlardan 75,2 %-i isə səsvermədə iştirak edib".
Qeyd edək ki, dəyirmi masa mövzu ətrafında müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB