20-21 iyun tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində "Şərq Tərəfdaşlığı ölkələrinin gənclər siyasəti" adlı beynəlxalq konfrans keçirilib. ATGTİ-dən SİA-ya verilən məlumata görə, konfransda ölkəmizi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatı (AzMİU TGT), Gələcəyə Doğru Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyinin sədri Asif Səfərli və Milli Aviasiya Akademiyasının Tələbə Gənclər Təşkilatının (MAA TGT) Beynəlxalq əlaqələr departamentinin rəhbəri Elvin Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun əməkdaşı Nisə Paşayeva, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Forumunun baş katibi Vüsal Qurbanov və Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Türkan Vüsətqızı təmsil ediblər
Konfransın keçirilməsinin əsas məqsədi, Avropa İttifaqının gənclər siyasətinin prioritetləri ilə tanışlıq, Şərq Tərəfdaşlığı ölkələri arasında gənclər siyasəti sahəsində təcrübə mübadiləsi, əlaqələrin inkişaf etdirilməsi və s olub.
Qeyd edək ki, Avropa İttifaqı tərəfindən dəstəklənən konfransda Şərq Tərəfdaşlığı ölkələrinin (Azərbaycan, Ukrayna, Belorusiya, Moldova, Gürcüstan və Ermənistan) dövlət rəsmiləri, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB