Masallı və Lənkəran rayonlarında zərərli vərdişlərin törətdiyi sosial problemlər müzakirə edilib
İyun ayının 20 və 21-də Masallı və Lənkəran rayonlarında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Müasir Gənclik və Sosial İctimai İnkişaf" İctimai Birliyi "Zərərli vərdişlərin törətdiyi sosial problemlər" adlı lahiyəsinin icrası çərçivəsində tədbir keçirilib.
SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan "Müasir Gənclik və Sosial İctimai İnkişaf" İctimai Birliyinin sədri Etibar Əsədov bildirib ki, XXI əsrin ən qorxulu zərərli vərdişləri hesab olunan narkomaniya, alkoqollu içki, tütün, siqaret kimi vərdişlər həyat üçün təhlükəli xəstəliklər yaradır.
Çıxış edən ekspert, tibb elmləri namizədi, dosent Şəhla Balayeva Dünya Səhiyyə Təşkilatının hər il yaydığı statistik rəqəmlərə toxunaraq bildirib ki, siqaret çəkməkdən, narkotik maddə qəbul etməkdən dünyada1 milyon insan dünyasını dəyişir: "Bunların da əksəriyyətini gənclər təşkil edir. Bu cür qorxulu, zərərli vərdişlər gənclərin həyatı üçün çox təhlükəlidir və bu istiqamətdə marifləndirmə işləri davam etdirilir".
Tibb eksperti Nazir Rufullayev deyib ki, narkomaniyanın yayılması gənclər üçün təhlükəlidir: "Təəssüflər olsun ki, narkomanların statistik rəqəmlərinə baxarkən, gəncləri daha çox təşkil etdiyini görürük".
Çıxış edən Məhəmməd Abasquluyev isə bildirib ki, siqaret çəkənlər arasında qızların da çox olması gələcək nəsil artırılması üçün təhlükəlidir: "Yaxşı olar ki, bu cür tədbirləri orta məktəblərdə davamlı şəkildə keçirəsiniz".
Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB