“Turizmin İnkişafı və Gənclər-I Forum” uğurla həyata keçirildi FOTO

“Turizmin İnkişafı və Gənclər-I Forum” uğurla həyata keçirildi FOTO

Respublikada ilk dəfə Gəncə şəhərində "Turizmin İnkişafı və Gənclər-I Forum" keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən forumda paytaxt və digər regionlardan 100 nəfərə yaxın gənc iştirak edib. SİA-ya verilən məlumata görə, forumun keçirilməsində əsas məqsəd "2011-2015-ci illərdə Azərbaycan Gəncliyi" Dövlət Proqramı" və "Regionların 2009-2013-cü illərdə Sosial-iqtisadi İnkişafı" Dövlət Proqramı" nın müvafiq bəndlərinin icrasına dəstək məqsədi daşımaqla yanaşı, ölkənin turizm potensialından istifadə imkanlarının öyrənilməsi, regionların sosial-iqtisadi inkişafında turizm sektoru vasitəsilə gənclərin rolunu artırmaq, bu sahədə yeni kadrların formalaşmasına şərait yaratmaqdır.

17-21 iyun 2013-cü il tarixini əhatə edən forumun ilk gününü gənclər Gəncə şəhərinə ekskursiya ilə başladılar və şəhərin turizm potensialı ilə yaxından tanış oldular. Forumun rəsmi açılış mərasimində rəsmilərin eyni zamanda, müxtəlif ekspertlərin iştirakı ilə keçirilən panellərdə "Azərbaycanda turizm potensialı və prespektivlər", "Azərbaycanın gələcək illərdə turizm konsepsiyası", "Turizmin inkişafında dövlətin dəstəyi", "Gənclər Turizm sektorunda", "Turizm şirkətlərinin yaradılması və idarə olunması" və s. kimi mövzular müzakirə olunub və gənclər əhəmiyyətli məlumatlara sahibləniblər.

Forumun sonunda turizmin daha yaxşı inkişaf etdirilməsi məqsədilə gənclər tərəfindən hazırlanmış layihələrin təqdimatı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə