Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının baş katibi Aydan Kərimli və "Fundraizing" məsələləri üzrə məsul şəxs Nail Əbdulov USAİD-ın demokratiya və idarəetmə ofisinin direktoru Rolnald Grassla görüşüb. SİA-ya verilən məlumata görə, görüşdə USAİD-ın Azərbaycandaki ofisi ilə əməkdaşlıq imkanları müzakirə edilib və gələcək tərəfdaşlıq perspektivlərinə toxunulub.
Hər iki tərəf gələcəkdə birgə layihələr həyata keçirmək, USAİD-in Qara dəniz regional nümayəndəliyi ilə əlaqələrin qurulması barədə fikir mübadiləsi aparılıb. USAİD rəsmisi ilə "Böyük İpək Yolu" Beyləlxalq Gənclər İttifaqının həyata keçirəcəyi "Gənc sahibkarlar şəbəkəsi" layihəsi çərçivəsində tərəfdaşlıq barədə də müzakirə aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB