Vizaların alınması qaydaları dəyişdirildi

Vizaların alınması qaydaları dəyişdirildi

Azərbaycanda ölkədən getmək və ölkəyə gəlməklə bağlı vizaların alınması qaydaları dəyişdirilib. SİA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında bununla bağlı "Ölkədən getmək, ölkəyə gəlmək, pasportlar haqqında" qanuna dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, vizaların alınması üçün dövlət rüsumunun ödənilməsi qəbzi ləğv olunub. Bunun əvəzində, vizalarla bağlı rüsumun ödənilməsi üçün ayrıca xüsusi formalı sənəd tərtib olunacaq və viza almaq istəyən şəxslər bu sənədi hazırlayıb təqdim edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə