"I Ekologikal" intellektual oyununun qalibləri müəyyənləşdi

"I Ekologikal" intellektual oyununun qalibləri müəyyənləşdi

"Zabitlər bağı"nda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Slavyan Universiteti Tələbə Gənclər Təşkilatının (BSU TGT) təşəbbüsü ilə ali təhsil müəssisələrinin tələbələri arasında "I Ekologikal" intellektual oyunu keçirilib.

ATGTİ-dən SİA-ya verilən məlumata görə, "I Ekologikal" intellektual oyunu hər mərhələdə 10 sual olmaqla, 3 mərhələdən ibarət idi. Ümumilikdə, yarışmada 7 ali təhsil müəssisəsindən 14 komanda iştirak edib.

Tədbirin açılış mərasimində, AR Prezidenti yanında Gənclər Fondunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, intellektual oyunun qalibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Sirius" komandası oldu. İntellektual oyunun qalibi olan komandanın üzvləri velosipedlərlə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə