Məşğulluq xidməti orqanları tərəfindən ölkənin ali təhsil müəssisələrində "Karyerada ilk addım" devizi ilə əmək yarmarkalarının təşkili işi davam etdirilir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran şəhər Məşğulluq İdarəsinin təşkilatçılığı ilə növbəti belə tədbir Lənkəran Dövlət Universitetində baş tutub. Əsasən universitet məzunları üçün nəzərdə tutulmuş yarmarkada 9-u dövlət, 5-i özəl olmaqla 14 işəgötürən müəssisə tərəfindən 152 boş iş yeri təqdim edilib.
Ümumilikdə 14 təşkilatın iştirak etdiyi yarmarkaya 200-ə yaxın tələbə qatılıb.
Qeyd edək ki, belə tədbirlərin keçirilməsində məqsəd ölkə Prezidentinin tapşırıqlarına əsasən respublikamızda məşğulluğun yüksədilməsi, sahibkarlığın inkişafı və yoxsulluğun azaldılmasıdır
Məlumat üçün bildirək ki, 2007-2013-cü illər ərzində respublikanın Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən ali təhsil müəssisələrində "Karyerada ilk addım" devizi altında keçirilən tədbirlərdə 2105 müəssisə, 14096 boş (vakant) iş yeri ilə iştirak edib və nəticədə 1964 nəfər məzun və tələbə münasib işlərlə təmin olunub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB