Saatlıda yanacaqdoldurma məntəqələrində təhlükəsizlik qaydaları gücləndirilib

Saatlıda yanacaqdoldurma məntəqələrində təhlükəsizlik qaydaları gücləndirilib

"Saatlı rayonunda maye qaz yanacaq doldurma məntəqəsində baş vermiş yanğınla əlaqədar maye qaz yanacaq doldurma məntəqələrinin bağlanmaları ilə bağlı aksiyalara başlanılması barədə mətbuat və internet saytlarında gedən yazılar müxalifətin növbəti yalanıdır". Bu barədə SİA-ya Saatlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri İ.Quliyev bildirib.

Onun sözlərinə görə, bəzi müxalifət yönümlü kütləvi informasiya vasitələrində Minbaşıllı adlanan yaşayış sahəsindəki maye-qaz yanacaq doldurma məntəqəsində baş vermiş partlayışdan sonra məntəqənin bağlanması ilə əlaqədar sakinlərin İcra Hakimiyyətinə müraciət etdikləri bildirilir. İcra Hakimiyyəti tərəfindən məsələyə heç bir reaksiya verilmədiyindən etiraz aksiyasına başlandığı yazılır. Şər-böhtan xarakterli bu yönümlü yazılara cavab verilməsinə baxmayaraq bu gündə həmin şayiə və şər-böhtanlar davam etdirilir.

Qeyd edək ki, sözügedən maye-qaz yanacaq doldurma məntəqəsinin partlayışından sonra nəinki orada, eləcə də digər yanacaq doldurma məntəqələrində təhlükəsizlik qaydalarına daha ciddi əməl olunmasına nəzarətin artırılması ilə bağlı İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülüb.

Məlumat üçün bildiririk ki, yanğına məruz qalan maye qaz yanacaq doldurma məntəqəsi Saatlı şəhərinin Minbaşıllı adlanan yaşayış sahəsində deyil, M.Ağayev küçəsində yerləşən və SU-17 adlanan məhəlləsində yerləşir. Buda onu sübut edir ki, bu şər və böhtan xarakterli yazıları yazan şəxslərin bu hadisədən tam məlumatları belə yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə