İyunun 20-də Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi İctimai Birliyinin konfrans zalında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "İnsan hüquq və azadlıqlarının müdafiəsində QHT-lərin rolunun artırılması" layihəsinin yekunlaşması ilə bağlı mətbuat konfransı keçirib. Tədbiri HDİM sədri, layhinənin rəhbəri İlham Əliyev açıb.
Lahihə çərçivəsində görülən işlərdən danışan layihənin rəhbəri bildirib ki, 3 aylıq layihə Bakı şəhərində 1, bölgələrdə insan hüquqlarının müdafiəsi istiqamətində dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında effektiv əməkdaşlığın qurulması istiqamətində 3 dəyirmi masa keçirilib. Şirvan, Kürdəmir və Xaçmaz şəhərlərində keçirilən görüşlər yerli ictimaiyyət nümayəndələri və QHT fəalları tərəfindən maraqla qarşılanıb. Cəmiyyətdə QHT-lərin artan rolu müzakirə edilib, İnsan hüquq və azadlıqlarının müdafiəsində vətəndaş cəmiyyəti insititlarının rolunun artırılması ilə bağlı təkliflər səslənib. Mövzu ilə bağlı təbliğat xarakterli bukletlər nəşr edilib, əhali arasında paylanılıb.
Layihə rəhbəri mövzunun qeyri hökumət təşkilatları tərəfindən davam etdirilməsini vacib sayıb. Qeyd edib ki, QHT-lər insan hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynamalı, ehtiyacı olan insanlara təmənnasız hüquqi yardım göstərməlidiir. İ.Əliyev deyib ki, keçirilən görüşlərdə məlum olub ki, insanların çoxunun QHT-lərin hüquq və vəzifələri haqqında dolğun məlumatı yoxdur: "Yerli QHT fəallarının çıxışlarında, görüş iştirakçılarının suallarında açıq vurğulanırdı ki, layihənin keçirilməsi əhəmiyyətlidir və QHT-lər yerlərdə əhali ilə təmaslarda çox olmalı, onların problemləri ilə maraqlanmalıdı".
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək layihənin əhəmiyyətindən danışıb və bu işlərin davam etdirilməsini vacib sayıbar. E. Həsənli deyib ki, bütün dünyada dövlət öz funksiyasının bir hissəsini yerli özünü idarəetmə orqanlarına və vətəndaş cəmiyyəti institutlarına buraxır ki, xalq idarəetmədə, cəmiyyət problemlərinin həllində yaxından iştirak edə bilsin. Azərbaycanda QHT-lərin inkişafına normal şərait yaradıldığını deyən E.Həsənli qeyd edib ki, QHT-lərin maddi texniki bazası, kadr potensialı güclü olsa, onlar insan hüquq və azadlıqlarının müdafiəsində, ekoloji, yerli idarəetmə və digər problemlərin həllində daha yaxından iştirak edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB