“Dövlət qulluğuna sənəd verənlərin 26 %-i qadınlardır”

“Dövlət qulluğuna sənəd verənlərin 26 %-i qadınlardır”

"Komissiya tərəfindən həyata keçirilən müsabiqə və müsahibələrdə 80 % gənclər iştirak edir. Bu yaxınlarda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində 175 nəfər gənc dövlət qulluqçusu komissiya tərəfindən təlimatlandırılmaya dəvət olunublar. Təqdimat keçirərək onların iş bölgüsü, etik davranış qaydaları və digər sahələrdə təlimlər həyata keçirilib". SİA-nın məlumatına görə, bunu açıqlamasında Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn bildirib.

Dövlət qulluğuna sənəd verənlərin arasında qadınların az olması məsələsinə aydınlıq gətirən A. Hüseyn bildirib ki, bu il sənəd verənlərin 26 %-i qadınlardır: "Bundan sonra da sənədvermə prosesinə qadınların cəlb edilməsi məsələsinə diqqəti artırmaq fikrindəyik. Lakin seçim hər iki cins üçün eyni formadadır. Burada intellektə daha çox üstünlük verilir. Təhlillər nəticəsində aydın olur ki, dövlət qulluğunda zəmanətlər və sosial təminatlar yüksəkdir".

"Qadınların ailə qurmaq məsələsi gündəmdə olduğundan iş vaxtının saat 9-dan 6-ya kimi olması bəzən onlar üçün müzakirə obyektinə çevrilir. Lakin şərt etibarilə, burada heç bir maneə yoxdur. Bu sahədə mövcud olan manelər aradan qaldırılıb",- deyə şöbə müdiri fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə