"ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayıb. SİA-ya verilən məlumata görə, ASAN Səyyar Xidməti iki istiqamət üzrə göstərilməkdədir. Şimal istiqamətində avtobuslar Quba, Şamaxı, İsmayıllı, Balakən və digər rayonlara, cənub istiqamətində isə Şirvan, Sabirabad, Salyan, Hacıqabul, Lənkəran, Masallı, Neftçala və digərlərinə səfər edəcək.
Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində isə Şirvan və Hacıqabul rayonlarının sakinləri ASAN Səyyar Xidmətlə təmin olunublar.
19 iyun-3 iyul tarixində Sabirabad və Saatlı rayonlarının ümumi sayı 250000-dən çox olan sakinləri ASAN Səyyar Xidmətindən Sabirabad rayonunda yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaq.
Bu xidmətlərə aşağıdakılar daxildir:
- Notariat fəaliyyəti
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi
- Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
- Əmək pensiyalarının təyin edilməsi
- Yaşayış evləri (mənzilləri) üzərindəmülkiyyəthüquqlarınındövlətqeydiyyatınaalınmasıbarədəçıxarılışların verilməsi
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
Qeyd edək ki, ASAN Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB